31 
Mar
2023
21:22
543
17
4457
Virtual karabakh

Körpələrə işgəncə verilən “Sevgi evi”ndə qalan qadının MƏHKƏMƏSİ başladı

31 Mar, 2023
21:22
4457

Körpələrə işgəncə verilən “Sevgi evi”ndə qalan qadının MƏHKƏMƏSİ başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan “Sevgi evi” qadın və uşaq sığınacağında qalan qadın Nazxanım Məmmədova barədə Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə başlanılan cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

Onun sözlərinə görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, 10 may 2022-ci il tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən sığınacaqda qalan qadın Nazxanım Məmmədova barədə cinayət işi açılaraq araşdırma aparılırdı. Bir neçə ay sonra qalmaqallı olayla gündəmə gələn “Sevgi evi”nin müvəqqəti bağlandığı, sığınacaqdakı uşaqların isə ailə üzvlərinə və yaxınlarına təhvil verildikləri bildirilmişdi.

Bu açıqlamanı isə sığınacaqda yaşayan qadın Nazxanım Məmmədova atası, Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımov bəyan etmişdi. Amma sığınacaq bağlanmayıb və indi də fəaliyyətdədir.

Orada qalan Nazxanım Məmmədova, əvvəl olduğu kimi, indi də sosial şəbəkələrdəki səhifələrindən “Sevgi evi”nə maddi dəstək göstərmələri üçün Azərbaycandakı və ölkə xaricindəki xeyriyyəçi şəxslərə çağırışlar edərək, sığınacaqın aylıq kirayə haqqı, kommunal tələbatları və orada yaşayan kiçik sakinlərinin sosial təminatı üçün hesab kartları paylaşır.

Onu da bildirək ki, “Sevgi evi” sığınacağında “Totu” ləqəbli sağlam uşağın iki il ərzində döyülərək acınacaqlı hala düşməsi, hətta ölümə tərk edildiyi iddia olunurdu.

İddialarla razılaşmayan Nazxanım Məmmədova ona böhtan atıldığını, ittihamla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdi.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsinə görə nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası iki il, ağırlaşdırıcı hallarda iki ildən beş ilədək nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri