Apr
2023
10:20
286
10
3104
Virtual karabakh

Üzərində “Makarov” gəzdirən və orta məktəbdən oğurluq edən şəxslər tutuldular - FOTO/VİDEO

1 Apr, 2023
10:20
3104

Üzərində “Makarov” gəzdirən və orta məktəbdən oğurluq edən şəxslər tutuldular - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində odlu silah-sursat gəzdirən və orta məktəbdən oğurluq edən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində Elçin adlı şəxsin üzərində odlu silah-sursat gəzdirməsi barədə polisə əməliyyat məlumatı daxil olub.

Şöbənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində əvvəllər də ağır cinayətlər törətdiyi üçün səkkiz dəfə məhkum olunmuş və ümumilikdə 28 il azadlıqdan məhrum edilmiş Yevlax rayon sakini Elçin Ocaqquliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən “Makarov” markalı tapança, silaha məxsus daraq və beş ədəd patron aşkarlanaraq götürülüb.

Həmin silahın hər hansısa bir cinayətdə istifadə edilib-edilməməsinin müəyyən olunması məqsədilə zəruri istintaq hərəkətləri davam etdirilir. Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbiri nəticəsində isə şəhər ərazisində yerləşən orta məktəblərin birindən oğurluq edən Rövşən Kərimov saxlanılıb.

Araşdırma zamanı onun gecə saatlarında məktəbə daxil olaraq oradan səkkiz ədəd kompüter oğurladığı və kolluq ərazidə gizlətdiyi müəyyən edilib. Məqsədi isə bir neçə gün keçdikdən sonra onları satmaq və qazanc əldə etmək olub. Ancaq R.Kərimov niyyətini sona qədər həyata keçirə bilməyib və oğurladıqları gizlətdiyi yerdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri