Apr
2023
12:16
202
29
8412
Virtual karabakh

Rusiyada tutulan azərbaycanlı qadın məmur nə qədər pul mənimsəyib? - YENİLƏNİB + VİDEO

1 Apr, 2023
12:16
8412

Rusiyada tutulan azərbaycanlı qadın məmur nə qədər pul mənimsəyib? - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC barəsində cinayət işi açılan Binəqədi rayon 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, MMC Gülnarə Xəlilovanın mənimsəmə faktı ilə bağlı 14.04.2022-ci il tarixində Baş Prokurorluğa müraciət edib:

“Onun mənimsəmə etməsi bizim tərəfimizdən aşkarlanıb. Məsələ barədə Baş Prokurorluğa müraciət edilib. Mənimsənilən 16 559 AZN və 4 500 ABŞ dollarıdır”.

10:51

Barəsində cinayət işi açılan Binəqədi rayon 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri Gülnarə Xəlilova Rusiyada tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İnterpol vasitəsilə beynəlxalq axtarışa verilmiş 1960-cı il təvəllüdlü G.Xəlilova Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Qeyd edək ki, ötən ilin mayında Baş Prokurorluq Gülnarə Xəlilova barəsində məlumat yayıb. Bildirilib ki, sözügedən şöbənin sabiq müdiri G.Xəlilova beş ay ərzində xəzinədən 24 150 manat mənimsəyib. Onun barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə iş başlanılıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri