15 
Apr
2015
20:09
16
189
11885
Virtual karabakh

Salyanda ana, oğul və qızı güllələdilər - YENİLƏNİB + FOTO + VİDEO

15 Apr, 2015
20:09
11885

Salyanda ana, oğul və qızı güllələdilər - YENİLƏNİB + FOTO + VİDEO

Əməliyyat keçirilib.

Salyan rayonunda baş verən və üç nəfərin güllələnməsi ilə nəticələnən insidentin təfərrüatları məlum olub.

Oxu.Az xəbər verir ki, Virtualaz.org saytının Şirvan bürosunun müxbiri bu gün hadisənin baş verdiyi Yenikənd kəndində olub, faciənin törədildiyi evə baş çəkib. Amma ailə üzvlərindən heç kimlə görüşə bilməyib. Çünki qanlı hadisənin baş verdiyi ikimərtəbəli evin həyətinin qapısı bağlı olub. Evin sahibi Vaqif Didarov xəstəxanaya - yaralı ailə üzvlərinin yanına gedibmiş.

Qonşuların verdiyi məlumata görə, güllə yarası alanlardan biri - 1998-ci ildə anadan olmuş Bahar Didarova əslində orta məktəbin XI sinfində oxumalı imiş. Amma hələ 3 il əvvəl - 15 yaşı olarkən qonşuluqda yaşayan 18 yaşlı Rəşad Məmmədov onu ailə qurmaq məqsədilə qaçırıb. Qızın nikah yaşı çatmadığından gənclər rəsmi ailə qura bilməyiblər. Ona görə də Baharı evlərinə aparandan bir neçə gün sonra Rəşadın ögey anası qızı ata evinə yola salıb.

Bu yaxınlarda hərbi xidmətdən qayıdan Rəşad ailə qurmaq üçün Baharı yenidən qaçıraraq öz evlərinə aparıb. Amma qız 2 il əvvəl ata evinə qayıtdığı üçün Baharla Rəşad arasında mübahisə yaranıb və Rəşad Baharı döyüb. Bu dəfə Baharın anası Xədicə qızı öz evinə geri qaytarıb ki, bu da Rəşadın qəzəbinə səbəb olub.

21 yaşlı Rəşad Məmmədov aprelin 14-də axşam saat 22 radələrində evlərində olan “TOZ-8” markalı ov tüfəngini götürərək Didarovların evinə gedib. Hasardan aşaraq həyətə daxil olub. Bu vaxt ev sahibi Vaqif Didarov işlədiyi suötürücü yarımstansiyasında gecə növbəsində imiş.

Qəzəbdən ağlını itirmiş Rəşadın məqsədi Baharı öldürmək olsa da onun anası, 37 yaşlı Xədicəyə və qardaşı 15 yaşlı Xanquluya da atəş açıb, sonra öz evlərinə qayıdıb.

Gecə vaxtı dalbadal açılan atəş səslərindən vahiməyə düşən qonşular polisə zəng vurublar. Elə Rəşadı da öz evlərində həbs ediblər. Yaralılar isə xəstəxanaya çatdırılıb.

Salyan Rayon Mərkəzi Xəstəxanasının həkimləri virtualaz.org saytına bildirdilər ki, 15 yaşlı Xanqulu yalnız qolundan yaralandığı üçün vəziyyəti orta-ağırdır, Bahar və anası Xədicə isə bu gün əməliyyat olunublar, vəziyyətləri ağır-sabitdir.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda CM-in 29, 120.2.7-ci maddəsi ilə cinayət işi başlanıb.

15:35

Salyan rayonunda bir ailənin 3 üzvünü güllələyən şəxs tutulub.

Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 14-də Salyan rayonunun Yenikənd kəndində kənd sakini Rəşad Məmmədov münaqişə zəminində tüfəngdən atəş açaraq həmkəndliləri Xədicə Didarovaya, oğlu Xanquluya və qızı Bahara xəsarət yetirib.
 
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub, hadisə törədilərkən istifadə edilmiş müvafiq sənədi olmayan “TOZ-8” markalı tüfəng götürülüb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri