18 
Apr
2015
21:08
94
262
18363
Virtual karabakh

Bakıda polisi yandırıb öldürdülər

18 Apr, 2015
21:08
18363

Bakıda polisi yandırıb öldürdülər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1988-ci il təvəllüdlü Muxtar Kazımzadə.

Bakıda dəniz kənarında yanmış kişi meyiti tapılıb.

Oxu.Az xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, bu barədə polisə məlumat daxil olan kimi hadisə yerinə polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu çıxıb.

Araşdırmalar zamanı yanmış meyiti tapılan şəxsin İmişli rayon Polis Şöbəsinin əməkdaşı polis serjantı, 1988-ci il təvəllüdlü Muxtar Kazımzadə olması müəyyən edilib. 

Hadisənin qətl olub-olmaması üzərində araşdırmalara başlanılıb. Polis əməkdaşının yandırılaraq qətlə yetirilməsi də istisna edilmir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.   

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri