21 
Apr
2015
16:45
101
36
5201
Virtual karabakh

Anasını öldürən qadın 13 il müddətinə cəzalandırıldı – FOTO

21 Apr, 2015
16:45
5201

Anasını öldürən qadın 13 il müddətinə cəzalandırıldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, anasını dəhlizdə əlləri ilə itələyərək yerə yıxıb, sonra isə mətbəxə keçib bıçağı götürüb.

Bakı Apellyasiya Məhkəməsində Suraxanı rayon sakini Lumina Məmmədovanın (1970-ci il təv.) CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.9-cu (aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, ittiham aktına əsasən, 2013-cü il iyulun 30-da saat 12 radələrində Qaraçuxur qəsəbəsi Komunal küçəsi 3 ünvanında yaşayan Lumina Məmmədova anası Çervon Məmmədovanı (1931-ci il təv.) çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Hadisə yerinə cəlb olunan Suraxanı RPİ 32-ci polis bölməsi və rayon prokurorluq əməkdaşları qadının meyitini evin dəhlizində aşkar ediblər. Şübhəli şəxs qismində saxlanılan Lumina Məmmədova ilkin olaraq bildirib ki, ötən gecəni rəfiqəsi və iki tanış kişi ilə birgə Türkan qəsəbəsində dəniz kənarında keçirib, səhərisi gün qayıtdıqda isə anasını evin döşəməsində hərəkətsiz vəziyyətdə uzandığını görüb. Bu ifadəsi ilə o məsuliyyətdən boyun qaçırmaq istəyib, lakin sonra aparılan sorğu-sual zamanı əməlini etiraf edib. 

İş üzrə təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyi ilə, qadının bədəni üzərində 49 ədəd kəsilmiş-deşilmiş yaraların olması müəyyən edilib, onun ölümünə kəskin qanitirmə səbəb olub. 

İstintaqın gedişatında Lumina Məmmədovanın yalan danışdığı məlum olub, şahid ifadələri ilə müəyyən edilib ki, o, əxlaqsız həyat tərzi keçirib və anası ilə aralarında mütəmadi mübahisələri olub. Əslində, gecə evdə qalmayan Lumina səhərisi gün evə gəldikdə, anası onu danlamağa başlayıb. Münaqişə vaxtı Çervon Məmmədova bildirib ki, evi oğlunun adına keçirəcək və sonra oğlu belə bacıdan imtina edərək, onu evdən qovacaq. Lumina əvvəlcə anasını dəhlizdə əlləri ilə itələyərək yerə yıxıb, sonra isə mətbəxə keçib bıçağı götürüb və geri qayıdaraq qadına çoxsaylı zərbələr vurub. 

İstintaqın sonunda Məmmədovanın əməli CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsindən 120.2.4 və 120.2.9-cu maddələrinə tövsif olunub. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lumina Məmmədova 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. 

Bakı Apellyasiya Məhkəməsi cinayət işini araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb. 



C.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri