22 
Apr
2015
12:51
69
27
2065
Virtual karabakh

Rusiyada heroinin topdansatışı ilə məşğul olan azərbaycanlı saxlanıldı

22 Apr, 2015
12:51
2065

Rusiyada heroinin topdansatışı ilə məşğul olan azərbaycanlı saxlanıldı

““Qara bazarda” satış zamanı maddənin qiyməti 30-40 mln. rubla çata bilərdi”.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Krasnoyarskda Özbəkistandan Rusiya ərazisinə heroin və digər narkotik maddələrin daşınması üzrə böyük beynəlxalq kanalı bağlayıblar.

Xidmətin regional idarəsinin məlumatına görə, bu ilin martında axtarış-əməliyyat tədbirləri zamanı Krasnoyarksın Oktyabrsk rayonu ərazisində gizli yerdən içərisində narkotik maddə olan zərfi çıxaran Azərbaycan sakini iş başında saxlanılıb, Oxu.Az xəbər verir.

“Həmin yerdə ümumi çəkisi 10 kiloqram olan heroin və 3 kq həşiş olub. Müəyyənləşdirilib ki, həmin vətəndaş narkotiki Krasnoyarskda topdansatış üsulu ilə reallaşdırmaq istəyirmiş. Həmin maddənin “qara bazar”da qiyməti 30-40 mln. rubla çata bilər”, - deyə, məlumatda deyilir.

Saxlanılan şəxs barəsində cinayət işi qaldırılıb. Onu ömürlük həbs cəzası gözləyir.

Bundan başqa, müəyyən edilib ki, saxlanılan şəxs artıq Norilsk həbsxanasında analoji cinayətə görə 10 ildən çox məhkum olunub. O, 2014-cü ildə vaxtından əvvəl şərti azadlığa buraxılıb.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri