27 
May
2023
17:50
260
10
1520
Virtual karabakh

Göygöldə 67 baş mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar - FOTO

27 May, 2023
17:50
1520

Göygöldə 67 baş mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygöldə mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən xəbərə görə, Göygöl Rayon Polis Şöbəsinin və Sarısu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Çaykənd kəndindəki fermaların birindən ümumi dəyəri 15710 manat olan 67 baş xırda buynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri Turani İsmayılov, Elşən İmanov, Seymur Nəcəfov, Fəxri Qocayev və Vüsal İmanov qabaqcadan əlbir olaraq qrup şəklində fermanın qapısını sındıraraq mal-qaranı oğurlayıb, daha sonra Bərdə rayonuna apararaq satıblar. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri