İyn
2023
16:47
208
30
2279
Virtual karabakh

Arvadının müalicə pulunu mənimsəyən şəxs narkokuryer imiş - YENİLƏNİB + FOTO/VİDEO

2 İyn, 2023
16:47
2279

Arvadının müalicə pulunu mənimsəyən şəxs narkokuryer imiş - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddət əvvəl ağır xəstəlikdən əziyyət çəkən həyat yoldaşı üçün yığılan pulları oğurlamaqda ittiham olunan Kamran İsmayılov narkotiklə saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, o, taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olurmuş. Onun üzərinə və idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış zamanı 2 kiloqrama yaxın marixuana aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, Kamran İsmayılov tanışı şəxsiyyəti istintaqla araşdırılan Mahal adlı İran vətəndaşının göstərişi ilə onun qanunsuz yollarla ölkəyə göndərdiyi narkotiklərin paytaxtın müxtəlif ərazilərində paylanması ilə məşğul olub.

Xatırladaq ki, K. İsmayılov daha əvvəl xərçəngdən əziyyət çəkən və bu ilin yanvar ayında vəfat edən keçmiş həyat yoldaşı Aytən İsmayılzadənin kartına toplanmış pulların oğurlamaqda ittiham olunurdu. Bu barədə A. İsmayılzadə sosial şəbəkə hesabında yazaraq ərinin onun kartından 2400 manatın oğurlandığını qeyd etmişdi.

DİN həmin şəxslə bağlı araşdırmalara başlanıldığını açıqlamışdı.

Qeyd edək ki, K. İsmayılovun ixtisasca informasiya texnologiyaları sahəsində mütəxəssis olduğu bildirilir.

11:24

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum edilmiş Kamran İsmayılov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onun üzərinə və idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış zamanı 2 kiloqrama yaxın marixuana aşkar edilib. 

Araşdırma zamanı müəyyən edilib ki, Kamran İsmayılov tanışı şəxsiyyəti istintaqla araşdırılan  “Mahal” adlı İran vətəndaşının göstərişi ilə onun qanunsuz yollarla ölkəyə göndərdiyi narkotiklərin paytaxtın müxtəlif ərazilərində paylanması ilə məşğul olub. O, taksi sürücüsü görüntüsü yaradaraq Bakı şəhərində narkotiklərin dövriyyəsini təşkil edib.

Qeyd edək ki, 3-cü Polis Şöbəsinin əməkdaşlarının son günlərdə həyata keçiridikləri əməliyyatlar zamanı Binə və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 29 nəfər tutularaq istintaqa təqdim edilib. Saxlanılanlardan bir neçəsinin Binə qəsəbəsində yük maşınlarından akkumulyator oğurladıqları da müəyyən edilib.

Aşkar edilən faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri