İyn
2023
13:05
185
7
861
Virtual karabakh

İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyən əcnəbilər saxlanılıblar - FOTO

3 İyn, 2023
13:05
861

İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyən əcnəbilər saxlanılıblar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyən Əfqanıstan vətəndaşları saxlanılıblar.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

İyun ayının 2-də saat 22 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları Hevad Əsədziya Həbibulrəhman oğlu, Feyzi Əbdülbasid Əbdülzahir oğlu və Həbibi Mutyullah Əbdülmətin oğlu saxlanılıblar.

Fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri