İyn
2023
15:49
102
17
1178
Virtual karabakh

Bərdədə arvadını öldürməyə cəhd edən şəxs həbs olunub

5 İyn, 2023
15:49
1178

Bərdədə arvadını öldürməyə cəhd edən şəxs həbs olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 2-də saat 9 radələrində Bərdə rayonu ərazisində 1990-cı il təvəllüdlü Rəvanə Həşimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə Rayon Prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırma zamanı zərərçəkmişin əri, 1987-ci il təvəllüdlü Zöhrab Həşimovun aralarında yaranmış mübahisə zamanı Rəvanə Həşimovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, Zöhrab Həşimov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri