18 
Sen
2023
17:44
37
51
843
Virtual karabakh

Salyan rayon sakinindən narkotik və avtomat aşkarlanıb

18 Sen, 2023
17:44
843

Salyan rayon sakinindən narkotik və avtomat aşkarlanıb

Salyan rayon sakinindən narkotik və avtomat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və qanunsuz odlu silah-sursatın saxlanılmasında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Yadulla Məmmədov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə - marixuana aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı nəticəsində Y.Məmmədovun yaşadığı ünvana keçirilən baxış zamanı isə oradan bir ədəd AKMS markalı avtomat, bir ədəd daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri