21 
Sen
2023
18:32
173
9
774
Virtual karabakh

Zaqatalada 3,5 ton narkotik tərkibli bitki məhv edilib - FOTO

21 Sen, 2023
18:32
774

Zaqatalada 3,5 ton narkotik tərkibli bitki məhv edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada 3,5 ton narkotik tərkibli bitki məhv edilib

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Keçirilən tədbir zamanı Sumaylı kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 3 ton 500 kiloqram olan 5 094 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri