Sen
2017
11:56
264
48
14975
Virtual karabakh

Namus üstündə qardaşı arvadını bıçaqladı – YENİLƏNİB

7 Sen, 2017
11:56
14975

Namus üstündə qardaşı arvadını bıçaqladı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran rayon Şovu kənd sakini Rəşad Nüsrətovun qardaşının həyat yoldaşı Bahar Məmmədovaya bıçaqla xəsarət yetirməsinin təfərrüatı məlum olub.

Oxu.Az publika.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb B.Məmmədovanın telefonundakı SMS-lər olub.

Belə ki, R.Nüsrətov B.Məmmədovanın telefonunda əvvəl qonşuları olmuş, heç bir qohumluq əlaqələri olmayan bir kənd sakininin nömrəsini görüb. Yad kişinin nömrəsinin onda nə üçün olduğunu soruşub. Telefona baxanda həmin şəxsdən qadına əxlaqsız məzmunlu mesajların göndərildiyinin şahidi olub. Buna görə də aralarında münaqişə başlayıb. Münaqişə zəminində o, qardaşının həyat yoldaşını bıçaqlayıb.

R.Nüsrətovun qardaşı isə hazırda Rusiyadadır. Sakinlər deyir ki, o işlədiyi üçün ilin bəzi aylarını Rusiyada olur.

Hadisə nəticəsində xəsarət alan B.Məmmədova xəstəxanadadır. R.Nüsrətov isə polis tərəfindən saxlanılıb. Araşdırma aparılır.

***

11:43

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Şovu kənd sakini Rəşad Nüsrətov qardaşının həyat yoldaşı, 25 yaşlı Bahar Məmmədovanı bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hazırda həkim nəzarəti altında saxlanılan Bahar Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən Rəşad Nüsrətov həbs edilib.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Bahar Məmmədovanın əri Rusiyaya işləməyə gedib. Kənddə tək qalan Bahar isə başqa bir kişi ilə münasibət qurub.

Bundan xəbər tutan Rəşad onu bıçaqlayaraq öldürmək istəyib.

Faktla bağlı cinayət işi başlanıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri