30 
Avq
2017
15:58
234
76
8548
Virtual karabakh

Babək haqqında fantastik film çəkilir – VİDEO

30 Avq, 2017
15:58
8548

Babək haqqında fantastik film çəkilir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Babək 2020” filminin ilk tizeri ictimaiyyətə tədim edilib.

Oxu.Az xəbər verir ki, filmin quruluşçu rejissoru Zaur Tahirsoy, qrafika işləri üzrə rəhbəri isə Famil Əsədovdur (LİMAF).

Rejissor Zaur Tahirsoy açıqlamasında bu filmin müasir standartlara cavab verəcəyini bildirib: “Klassika hər zaman dəyərlidir, amma müasir dövrdə yeniliklər də çox önəmlidir. Çünki müasir insanın diqqətini cəlb etmək üçün zamana uyğun məhsul istehsal etmək lazımdır. Digər sahələr kimi, film sənayesində də buna xüsusi diqqət yetirmək lazımdır. Elə bu səbəbdən “Babək 2020” layihəsinə start verdik. Azərbaycanda bu layihənin öhdəsindən gələ biləcək potensial mütəxəssislər var. Sadəcə, onlara imkan yaratmaq lazımdır.

Mənim fikrimcə, bu layihə Azərbaycan gənclərində ruh yüksəkliyi yaradacaq, paralel olaraq onlarda həm vətənpərvətlik, həm də dövlətçilik əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb olacaq. Filmin qrafika ilə bağlı məsələlərinin həllini Famil Əsədov (LİMAF) öz üzərinə götürub. O, mövcud şərait yaradıldığı təqdirdə xarici filmlərdəkindən geri qalmayan görüntülərin əldə edilməsinin mümkün olacağını deyib”.

Çəkilişlərə peşəkar Azərbaycan aktyorları ilə yanaşı, əcnəbi aktyorların da dəvət edilməsinin planlaşdırıldığını deyən Z.Tahirsoyun fikrincə, onların yeni filminin də Sovet dövründə çəkilmiş məşhur “Babək” filmi kimi zirvələri fəth etməsi mümkündür.

Qrafist Famil Əsədov (LİMAF) isə qeyd edib ki, onlar bu layihə ilə Azərbaycan kino sahəsində bir ilkə imza atmış olacaqlar: “Bu filmdə LİMAF qrafika hissəsini öz üzərinə götürəcək. Əlavə edim ki, filmdə fantastikaya daha çox yer veriləcək”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri