22 
Avq
2016
19:06
12
1
902
Virtual karabakh

İsmayıllı, Qəbələ və Şamaxının incəsənət nümunələri Bakıda – FOTO

22 Avq, 2016
19:06
902

İsmayıllı, Qəbələ və Şamaxının incəsənət nümunələri Bakıda – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni yaradılmış Bakı şəhəri, Nizami küçəsində yerləşən təsviri sənət məkanında avqustun 20-də İsmayıllı, Qəbələ və Şamaxı rayonlarının incəsənət nümunələri təqdim olunub.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, İsmayıllı rayonunun “Lahıc”, Şamaxı rayonunun “Şirvan” folklor ansamblları və Qəbələ rayonundan “Zopu-Zopu” etnoqrafik folklor rəqs kollektivi geniş konsert proqramı ilə çıxış edib. 

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynovun sözlərinə görə, bugünkü tədbirin məqsədi regionlarda fəaliyyət göstərən istedadlı insanları, el sənətkarlarını, rəssamları, musiqiçiləri, folklor kollektivlərini üzə çıxarmaq və onları paytaxt sakinləri və qonaqlara təqdim etməkdir.

Bildirib ki, növbəti həftələrdə də ölkəmizin digər regionlarından olan istedadlı insanlar, el sənətkarları və folklor kollektivləri Bakıda çıxış edəcəklər.

Tədbirdə, həmçinin həmin bölgələrdə yaşayıb-yaradan el sənətkarlarının əl işlərinin sərgi-yarmarkası keçirilib.

Qeyd edək ki, folklor kollektivlərinin çıxışı bir gün nəzərdə tutulub. Sənətkarların əl işlərinin nümayişi avqustun 23-dək davam edəcək.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri