25 
Avq
2016
19:02
19
2
1451
Virtual karabakh

Bakıda Şəki və Oğuz rayonlarının incəsənət nümunələri təqdim olunacaq

25 Avq, 2016
19:02
1451

Bakıda Şəki və Oğuz rayonlarının incəsənət nümunələri təqdim olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni yaradılmış Bakı şəhəri, Nizami küçəsində yerləşən təsviri sənət məkanında 25 avqust saat 18:30-da Şəki və Oğuz rayonlarının folklor kollektivlərinin çıxışı ilə konsert proqramı təşkil olunacaq.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, tədbirdə həmçinin həmin bölgələrin el sənətkarlarının əl işlərinin sərgi-yarmarkası keçiriləcəkdir.

Qeyd edək ki, layihə çərçivəsində təsviri sənət məkanında 20-23 avqust 2016-cı il tarixində Şamaxı rayonunun “Şirvan” folklor ansamblının, İsmayıllı rayonundan “Lahıc” folklor ansamblının, Qəbələ rayonundan “Zopu-Zopu” etnoqrafik folklor rəqs ansamblının kollektivlərinin konsert proqramı keçirilib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri