28 
Dek
2016
18:59
10
18
1534
Virtual karabakh

Vaqif Əlixanlı: Azərbaycanda tərcümə və dublyaj sahəsi çox bərbad vəziyyətdədir

28 Dek, 2016
18:59
1534

Vaqif Əlixanlı: Azərbaycanda tərcümə və dublyaj sahəsi çox bərbad vəziyyətdədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bütün səmimiyyətimlə deyirəm: bugünkü Azərbaycan ədəbiyyatı çox zəifdir. Bizimkilər ancaq özünü tərifləməklə məşğuldurlar. Hazır ədəbiyyatçılar var: əsər çıxmamış, yox, ona əsər demək olmaz, inşa çap olunmamış, resenziyalar yazırlar”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Qobustan” jurnalının baş redaktoru, yazıçı-tərcüməçi Vaqif Əlixanlı APA-ya müsahibəsində deyib.

“Dublyaj sahəsi başdan-ayağa problem içindədir. Vaxtilə Heydər Əliyev göstəriş vermişdi ki, Dublyaj Mərkəzi yaradılsın. Televiziyalar film sifariş etməli idi, həmin mərkəz də onun qazancına yaşamalı idi. Bu professional iş olacaqdı. Azərbaycan televiziyalarında gedən dublyajlara baxmaq olmur. Səviyyə yoxdur.

Babatı Azərbaycan Televiziyasıdır. O birilərin heç biri haqqında yaxşı söz deyə bilmərəm. “Space”də dil baxımından çalışırdım, keyfiyyətli olsun. Amma səslənmə başqa məsələdir. Hər şey pula bağlıdır. Bir film beş min manatdan artıq başa gəlməz. Amma bu pulu vermirlər”, - deyə o bildirib.

“Sizə deyim, tərcümə sahəsi dublyajdan da bərbad vəziyyətdədir. Bunlar qoşa yolunmuş qanadlardır. Tərcümələri vərəqləyirəm, görürəm, tərcüməçi Azərbaycan dilini bilmir. Ən yaxşı əsərləri korlayıb qoyurlar ora. Əlbəttə, yaxşı tərcüməçilərimiz də var. Məsələn, rəhmətlik Natiq Səfərov yaxşı tərcüməçi idi. Vilayət Hacıyev yaxşı ədəbiyyatşünas, yaxşı tərcüməçidir, özü də almancadan tərcümə edirdi”, - deyə Əlixanlı vurğulayıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri