29 
Dek
2016
12:42
133
31
1378
Virtual karabakh

Azərbaycanın qədim xalçaları Dubayda nümayiş olunacaq

29 Dek, 2016
12:42
1378

Azərbaycanın qədim xalçaları Dubayda nümayiş olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan bu gün açılan və Dubay Əmirliyinin gömrük orqanının dəstəyi ilə təşkil edilən 22-ci xalça və incəsənət əsərlərinin sərgisində iştirak edir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə “Dubai News” məlumat yayıb.

Məlumata əsasən, sərgi yanvarın 15-dək davam edəcək.

Sərginin təşkilatçı-şirkətinin sədri Əbdül Rəhman İsa bildirib ki, Azərbaycan, İran və digər ölkələrdən yaşı 400 ildən çox olan xalçalar nümayiş olunacaq.

Onun sözlərinə görə, sərgidə müxtəlif ölkələrdən həm yun, həm də ipəkdən hazırlanmış 200 minə qədər xalça nümayiş olunacaq.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri