Yan
2017
17:24
219
49
3515
Virtual karabakh

Dünya şöhrətli fotoqraf Azərbaycan xalqını təbrik etdi – FOTO

2 Yan, 2017
17:24
3515

Dünya şöhrətli fotoqraf Azərbaycan xalqını təbrik etdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan əsilli məşhur fotoqraf Reza Deqati Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Oxu.Az-ın redaksiyasına daxil olan təbrik məktubunda deyilir:

“Əziz həmvətənlilər! Əziz Azərbaycanlılar!

Biz harda olsaqda ürəyimiz hər zaman Ana Vətənimizdədir. Bu gün dünyada biz Azərbaycanlıların sayı 50 milyondur! Fəxr edirəm ki, bu qədim mədəniyyətin daşıyıcısı olaraq, zəngin irsimizi dünyada təbliğ etmək şərəfinə nail olmuşam.            

Malinin paytaxtı Bomakoda Azərbaycana həsr etdiyim “Odun cazibədarlığı” kitabını ölkənin birinci xanımı Keita Aminata Maigaya qürur hissi ilə təqdim etdim.

Fürsətdən istifadə edərək, Sizi Yeni il münasibəti ilə təbrik edirəm və hamınıza sülh arzulayıram”.

Dünyaca məşhur fotoqraf pərəstişkarlarını 2017-ci ildə Bakıda keçiriləcək sərgisinə dəvət edib.

“Odun cazibədarlığı” kitabını Malinin birinci xanımı Keita Aminata Maigaya təqdim edəndə

Məcburi köçkün olan uşaqlara fotokameralar verəndə və onlara təlim keçəndə

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri