Yan
2017
23:00
206
24
2320
Virtual karabakh

Azərbaycanlı tenor Rusiya Böyük Teatrının səhnəsində baş rolda

8 Yan, 2017
23:00
2320

Azərbaycanlı tenor Rusiya Böyük Teatrının səhnəsində baş rolda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 22-dən 26-dək Rusiya Böyük Teatrında Cüzeppe Verdinin “Don Karlos” operası nümayiş etdiriləcək.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, səhnə əsərində Don Karlos obrazını martın 23-də və 25-də azərbaycanlı tenor Yusif Eyvazov canlandıracaq.

Əlcəzairdə dünyaya göz açmış Yusif Eyvazov Bakıda böyüyüb. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 1997-ci ildə İtaliyaya köçən musiqiçi Plasido Dominqo, Luçano Pavorotti, Maqda Olivero, Franko Korelli və Antonio Folyaninin ustad dərslərini dinləyib.

O, Cüzeppe Verdinin “Traviata”, “Bal-maskarad”, “Nabukko”, “Riqoletto”, Cakomo Puççininin “Bohema”, “Toska”, Jorj Bizenin “Karmen”, Qaetano Donisettinin “Lüçiya di Lammermur” operalarında yaddaqalan obrazlar yaradıb, C.Verdinin “Rekviyem” əsərində tenor partiyasını ifa edib.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsinin qalibi olub. Onun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri