Yan
2017
12:28
98
15
1404
Virtual karabakh

Azərbaycanlı musiqiçi Rusiya Böyük Teatrında çıxış edəcək

9 Yan, 2017
12:28
1404

Azərbaycanlı musiqiçi Rusiya Böyük Teatrında çıxış edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 22-də Rusiya Böyük Teatrında Pyotr Çaykovskinin “İolanta” operası nümayiş etdiriləcək.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, səhnə əsərində Mavritaniya həkimi İbn Hakia obrazını Azərbaycanın Əməkdar artisti Elçin Əzizov canlandıracaq. Opera müğənnisi martın 23-də isə Rusiya Böyük Teatrında Cüzeppe Verdinin “Don Karlos” əsərində Rodriqonun partiyasını ifa edəcək.

Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos”, Aleksandr Borodinin “Knyaz İqor” operalarında, İohan Ştrausun “Yarasa” operettasında yaddaqalan obrazlar yaradıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri