“Kino gecəsi” əfsanəvi “CinemaPlus Azerbaijan” kinoteatrında
“Kino gecəsi” əfsanəvi “CinemaPlus Azerbaijan” kinoteatrında
Əfsanəvi “CinemaPlus Azerbaijan” kinoteatrında yanvarın 13-dən 14-nə keçən gecə üç filmin iştirakı ilə kinomarafon keçiriləcək. Saat 23:30-dan səhər saat 6:00-dək qonaqlar üçün “Pis Santa”, “Yolkalar 5” və “La La Lend” filmləri nümayiş olunacaq.
Oxu.Az xəbər verir ki, seanslar arası fasilələrdə hamını musiqi müşayiəti ilə Yeni İl ab-havası gözləyir. Həmçinin furşet masası, alkoqollu və alkoqolsuz içkilər olacaq, müsabiqələr keçiriləcək.
Biletləri “CinemaPlus Azerbaijan” kinoteatrının kassalarından əldə etmək olar.
Köhnə Yeni İli bizimlə qeyd et!
Biletin qiyməti: 25 AZN, VIP 40 AZN
Əlavə məlumat: (012) 499 89 88 və ya 119.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
A.S.
www.oxu.az