11 
Yan
2017
18:58
49
102
3481
Virtual karabakh

“Azərbaycan milli rəqsləri” layihəsi icra olundu – FOTO + VİDEO

11 Yan, 2017
18:58
3481

“Azərbaycan milli rəqsləri” layihəsi icra olundu – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, layihə rəhbəri Vüqar Paşayevin təşkilatçılğı ilə 8-ci qrant müsabiqəsinin qalibi olmuş “Yeniyetmə və gənclər arasında “Azərbaycan milli rəqsləri” yarış - müsabiqə” layihəsinin yekun konserti respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən “Zirvə”, “Çovqan”, “Təbəssüm”, “Leyla”, “Azad”, “Dostluq”, “Şənlik”, “Aysel” rəqs kollektivlərinin iştirakı ilə “MetroPark” alış-veriş mərkəzində təşkil olunub.

Oxu.Az xəbər verir ki, geniş kütlənin diqqətinin cəlb olunması, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 5 illik uğurlu fəaliyyətini ictimayətə çatdırılması və qala konsert təntənəli şəkildə təşkil olunması məqsədi ilə “MetroPark” alış-veriş mərkəzində layihə icra olunması qərara alınıb. Layihədə iştirak üçün çoxsaylı fərdi və kollektiv, peşəkar və qeyri- peşəkar rəqqaslar müraciət etmiş, bunlardan mütəxəssislər tərəfindən seçilmiş kollektivlər yekun konsertə dəvət almışlar.

Gənclər Fondunun dəstəyi ilə təşkil olunmuş həvəsləndirici və təbliğat xarakterli “Azərbaycan milli rəqsləri” layihəsi genişmiqyaslı milli rəqs müsabiqəsinin ənənəsini yaratmaqla yanaşı, gəncləri milli irsimizə sahib çıxmalarına təkan verilməsi, rəqslə məşğul olmağa sövq edilməsi, asudə vaxtlarının səmərəli keçirilməsini təmin edəcəkdir.

Böyük kütlənin izlədiyi, 8 rəqs kollektivi, 100-dən artıq rəqqas tərəfindən ifa olunan 20-yə yaxın rəqs nömrələrinin yer aldığı konsert proqramı hamı tərəfindən maraqla qarşılanıb. Yekun konsertdə iştirak edən kollektivlərə, onların rəhbərlərinə diplom, fəxri fərman və sertifikatlar təqdim olunub.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri