31 
Yan
2017
11:13
14
95
2852
Virtual karabakh

“Oskar”a namizəd filmin qəhrəmanının ABŞ-a gəlməsinə qadağa qoyulub

31 Yan, 2017
11:13
2852

“Oskar”a namizəd filmin qəhrəmanının ABŞ-a gəlməsinə qadağa qoyulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Könüllü xilasedicilərdən bəhs edən və bu il “Oskar” mükafatına namizədlər sırasında yer alan sənədli filmin qəhrəmanı olan, eyni zamanda Suriyanın “Ağ dəbilqələr” təşkilatının rəhbəri funksiyasını yerinə yetirən Rayed Saleh mükafatın təqdimetmə mərasimində iştirak edə bilməyəcək.

Oxu.Az Report-a istinadən xəbər verir ki, buna ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasətini sərtləşdirməklə bağlı fərmanı səbəb olub.

Ölkəyə gəlişinə qadağa qoyulan digər şəxs isə çəkiliş qrupunun üzvü, operator Xalid Xətibdir. Filmin rejissorları Orlando fon Aynsidel və Coanna Nataseqara R.Saleh və X.Xətibin mərasimdə iştirak etməsinə icazə almağa çalışdıqlarını bildiriblər.

Qeyd edək ki, yanvarın 27-də D.Tramp immiqrasiya siyasətinin sərtləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncam əhalisinin böyük hissəsi müsəlman olan 7 ölkəyə - İran, İraq, Yəmən, Liviya, Suriya, Somali və Sudana qarşı tətbiq olunacaq.

Sərəncama əsasən, “Oskar”a nominant olan “Kommivoyajör” filminin iranlı rejissoru Əsgər Fərhadi də mükafatlandırma mərasiminə qatıla bilməyəcək.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri