Mar
2017
12:35
79
13
1943
Virtual karabakh

“Qırmızı bağ” filminin beynəlxalq uğuru

3 Mar, 2017
12:35
1943

“Qırmızı bağ” filminin beynəlxalq uğuru

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi Rusiyada 30-cu “Nika” mükafatının “MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi” mükafatına nominant elan olunub. “Nika” Rusiya Kinematoqrafiya Sənəti Akademiyası tərəfindən təsis edilən mötəbər milli kinematoqrafiya mükafatıdır.

Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.

 Bu barədə Oxu.Az-a kinostudiyadan bildirilib.

Qeyd edək ki, “Qırmızı bağ” bədii filmi Avstriyanın “LET’S CEE” Beynəlxalq Film Festivalının “İddialı debüt” müsabiqə proqramına dəvət alıb. Film Qazaxıstanın 12-ci Avrasiya, Almaniyanın  65-ci “Mannheim-Heidelberg”, Misirin 38-ci Qahirə, Türkiyənin 5-ci “Van gölü”, Banqladeşin 15-ci Dəkkə və Bolqarıstanın 9-cu “Sofia MENAR” Beynəlxalq Film festivallarında iştirak edib. Ölkəmiz Bakıda keçirilən 7-ci Avropa Film Festivalında “Qırmızı bağ” filmi ilə təmsil olunub.

Ekran əsərinin ssneari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov və Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri