Mar
2017
20:05
10
4
635
Virtual karabakh

Azərbaycan filmləri Rumıniyada nümayiş etdiriləcək

9 Mar, 2017
20:05
635

Azərbaycan filmləri Rumıniyada nümayiş etdiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rumıniyanın paytaxtı Buxarestdə martın 21-dən 26-dək Rusiya Elm və Mədəniyyət Mərkəzi və bu ölkədə akkreditə olunan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri səfirliklərinin təşkilatçılığı ilə “Qanadlar” adlı film festivalı keçiriləcək.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, “Eforie” kinoteatrında təşkil olunacaq festivalda hər bir ölkə öz fimlərini nümayiş etdirəcək.

Festivalda tamaşaçılar 6 gün ərzində Azərbaycan istehsalı olan “Niyyət” və “Dərs” bədii filmlərini (rumın və ingilis alt yazıları ilə) seyr edə biləcəklər.

Qeyd edək ki, “Niyyət” filmini 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə rejissor Samir Kərimoğlu lentə alıb. Filmdə hadisələr iki müxtəlif həyat tərzi sürən gəncin ətrafında cərəyan edir. Həyat bu iki gəncin yollarını toqquşdurur və onları bir yolda addımlamağa məcbur edir.

Rafiq Əliyev və Cavid Təvəkkülün ekranlaşdırdıqları “Dərs” filmi isə 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ekran əsəri məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri