16 
Mar
2017
11:57
152
12
1819
Virtual karabakh

Hamlet Qurbanovun anadan olmasından 77 il ötür

16 Mar, 2017
11:57
1819

Hamlet Qurbanovun anadan olmasından 77 il ötür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanın Əməkdar artisti, teatr və kino aktyoru Hamlet Qurbanovun anadan olmasının 77-ci ildönümüdür.

Oxu.Az xəbər verir ki, H.Qurbanov 16 mart 1940-cı ildə teatr və kino aktyoru Ağadadaş Qurbanovun və opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olub.

H.Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirib. O,1957-1992-ci illərdə Azərbaycan Milli Dram Teatrında yaddaqalan obrazlar yaradıb.

C.Məmmədquluzadənin “Dəli yığıncağı” pyesində (1978) doktor Lalbyüz rolunda müvəffəqiyyətlə çıxış edib. Hamlet Qurbanov Azərbaycan televiziyasının hazırladığı bir sıra tamaşalara və “Azərbaycanfilm”in istehsal etdiyi filmlərə çəkilib.

O, 13 noyabr 1995-ci ildə xərçəng xəstəliyindən vəfat edib.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri