17 
Mar
2017
16:11
139
70
3141
Virtual karabakh

Bakıda 7 günlük Novruz festivalı keçiriləcək

17 Mar, 2017
16:11
3141

Bakıda 7 günlük Novruz festivalı keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mart ayının 20-dən 26-dək Bakıda Novruz festivalı keçiriləcək.

Oxu.Az xəbər verir ki, festivalı Milli Turizm Təbliğat Bürosu təşkil edib.

Novruz festivalı cərçivəsində yeddi gün ərzində Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox kolletivin iştirakı ilə Sabir bağında konsert proqramı təqdim ediləcək.

Sənətkarlar öz əl işlərini nümayiş etdirəcək, milli mətbəxtin nümunələrini dadmaq imkanı yaradılacaq. Həmçinin pəhləvanlar, akrobatlar, sehrbazlar çıxış edəcəklər.

Ayrıca olaraq Qarabağ atı nümayiş ediləcək.

Milli Turizm Təbliğat Bürosu şəhər sakinlərini və Bakının qonaqlarını xalq şənliklərinə qoşulmağa dəvət edir.

Xatırladaq ki, “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli 1179 nömrəli Fərmanına əsasən, ölkənin beynəlxalq imicinin formalaşdırılması, marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun və turizm potensialının artırılması, beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək məqsədilə 6 fevral 2016-cı il tarixdə Mədəniyyət və Turizm Nazirliyi yanında “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxs təsis edilib. 

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri