10 
Apr
2017
14:47
24
2
1106
Virtual karabakh

“O olmasın, bu olsun” filmi Los-Ancelesdə nümayiş etdirilib – FOTO

10 Apr, 2017
14:47
1106

“O olmasın, bu olsun” filmi Los-Ancelesdə nümayiş etdirilib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 7-də Azərbaycan mədəniyyətinin ölməz incilərindən olan “O olmasın, bu olsun” musiqili kinokomediyası Los-Ancelesdə nümayiş etdirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan Oxu.Az-a bildirilib ki, baş konsulluqda keçirilən nümayişdə amerikalı elm və mədəniyyət xadimləri, jurnalistlər, sənətsevərlər, eləcə də Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölməz bəstəkarımız Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilmiş “O olmasın, bu olsun” musiqili kinokomediyasının təkcə xalqımız tərəfindən deyil, dünya kinosevərləri tərəfindən də uzun illərdir məhəbbətlə izlənildiyini və öz təravətini qoruduğunu, eləcə də beynəlxalq kino incəsənətinin unudulmaz əsərlərindən birinə çevrildiyini bildirib. 

Sonra Los-Ancelesin tanınmış kardioloqlarından olan İzhar Xaruzi çıxış edərək “O olmasın, bu olsun” kimi əsərlərin öz aktuallığını qoruduğunu, belə bir gözəl filmi ərsəyə gətirərək, istedadlı Azərbaycan kinematoqraflarının dəyərli kino əsəri yaratdığını bildirib.

Daha sonra film nümayiş etdirilib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri