12 
Apr
2017
10:28
198
28
2719
Virtual karabakh

Bu gün Dünya Kosmonavtika Günüdür – VİDEO

12 Apr, 2017
10:28
2719

Bu gün Dünya Kosmonavtika Günüdür – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Dünya Kosmonavtika Günü qeyd olunur. 

Oxu.Az xəbər verir ki, bu günün keçirilməsi 56 il əvvəl, 1961-ci il 12 aprel tarixində o vaxtkı SSRİ vətəndaşı Yuri Alekseyeviç Qaqarinin insanlıq tarixində ilk dəfə kosmosu fəth etməsi ilə bağlıdır. 

Qaqarin həmin gün “Baykonur” kosmodromundan “Vostok 1” kosmik gəmisində Moskva vaxtı ilə saat 9:07-də ayrılmışdır. 

108 dəqiqəlik uçuşdan sonra isə sağ-salamat geri dönür.

Yuri Qaqarinin uçuş zamanı kod adı Kedr, Yerdən onun uçuşunu koordinasiya edən SSRİ Kosmik Sənayesinin baş mühəndisi Sergey Korolyovun kod adı isə “Zarya 1” olmuşdur.

Sistemdə baş verən bir nasazlığa görə Qaqarin geriyə qayıdarkən əvvəlcədən təyin olunmuş yerə yox, Moskva vaxtı ilə saat 10:55-də Saratov vilayətinin kiçik bir kəndinin ətrafında eniş edir. Buna görə də onu nəzərdə tutulan kimi 10 minlərlə insan əvəzinə, həmin ərazidə yaşayan cəmi 2 nəfər qarşılayır. 

Məlumat üçün qeyd edək ki, o vaxt dövlətin rəsmi xəbər agentliyi olan TASS mümkün bütün variantları nəzərə alaraq uçuşun gedişatında oxumaq üçün 3 ayrı mətn hazırlamışdı. Bunlardan ilki sistemdə hər hansı bir qəza baş verərsə, yerə təcili eniş etmək üçün, ikincisi, kosmonavtın həyatını itirməsi halında oxumaq üçün və nəhayət, üçüncüsü isə Yuri Qaqarinin dünya tarixində ilk dəfə Yerin orbitini tam dövr etməsi uğurla başa çatdığı halda vermək üçün hazırlanmışdır. 

 

İsmayıl Nur

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri