13 
Apr
2017
16:58
59
98
4492
Virtual karabakh

“Forsaj 8” filminin “Park Cinema IMAX”-da press-nümayişi olub – FOTO

13 Apr, 2017
16:58
4492

“Forsaj 8” filminin “Park Cinema IMAX”-da press-nümayişi olub – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 12-də “Park Cinema IMAX” kinoteatrında blogger, kinorejissor, media nümayəndələri və digər məşhur simaların iştirakı ilə “Forsaj 8” filminin press-nümayişi baş tutub.

Oxu.Az-ın xəbərinə görə, filmin süjet xətti ondan başlayır ki, Dom və Letti bal ayına yollanırlar, lakin Mia və Brayan isə oyundan uzaqlaşırlar. Komandanın digər üzvləri isə normal həyat tərzi sürür. Lakin müəmmalı qadın Domu ona əziz olan insanları satmağa vadar edərək, onu can qutara bilmədiyi cinayət aləminə sürükləyəndə, komanda heç vaxt üzləşmədiyi sınaqlarla üz-üzə dayanır.  

“Forsaj 8” - “Forsaj” filminin səkkizinci hissəsidir. Filmdə Vin Dizel, Mişel Rodriges, Dueyn Conson, Tayriz Gibson, Kris Brices, Kurt Rassel, Ceyson Steytem, Şarliz Teron, Skott İstvud və Helen Mirren rol alıblar. 

“Forsaj 8” – “Forsaj 3”-dən sonra 30 noyabr 2013-cü il tarixində “Forsaj 7” filminin çəkilişləri zamanı avtomobil qəzasında ölmüş Pol Uokerin iştirak etmədiyi ilk filmdir. 

Filmin çəkilişlərinə hazırlıq “Forsaj 7”-nin nümayişindən dərhal sonra başlanılıb və Dizel, Morqan və prodüser Nil X.Morits kontrakt imzalayıblar. Filmin nümayiş tarixi 2017-ci ilin aprelinə dəqiqləşdirildikdən sonra 2015-ci ilin aprel və iyun ayları arasında kastinq keçirilib.

2015-ci ilin oktyabr ayında F.Qeri Qrey rejissor vəzifəsini öz öhdəliyinə götürərək öncəki filimin rejossoru olmuş Ceyms Vananı əvəz edib. Filmin çəkilişlərinə 2016-cı ilin mart ayında Mivatn gölü (İslandiya), Havana, Atlanta, Klivlend və Nyu-Yorkda başlanılıb və beləcə, filmdə hadisələrin Yer kürəsi boyunca cərəyan etməsi kimi adəti davam etdirilib. 

Filmin premyerası Berlində apelin 4-də baş tutub, ABŞ-da filmin geniş auditoriyaya nümayişi aprelin 14-də gözlənilir. Azərbaycanda isə 13 apreldə 2D və 3D formatlarında və yalnız “Park Cinema Flame Towers”də IMAX 3D formatında nümayiş olunacaq.

Qeyd edək ki, “Park Cinema” – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə “Park Bulvar”, “Metro Park”, “Zagulba Mall” ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu “Flame Towers”, həmçinin Masallı rayonundakı “ASAN Həyat”da yerləşən kinoteatrlar və “Amburan Beach Club”da yerləşən yay kinoteatrı daxildir.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri