14 
Apr
2017
16:13
32
242
2564
Virtual karabakh

Direktor: Yaşlı aktyorların maaşından kəsilən vəsait gənclərin əməkhaqqısına əlavə olunacaq

14 Apr, 2017
16:13
2564

Direktor: Yaşlı aktyorların maaşından kəsilən vəsait gənclərin əməkhaqqısına əlavə olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov APA-ya müsahibə verib.

Oxu.Az xəbər verir ki, o, “Bir müddət əvvəl Gənc Tamaşaçılar Teatrında yaşlı aktyorlar maaşlarının azaldılması ilə bağlı narazılıq etdilər. Bu məsələnin mahiyyətində nə dayanırdı?” sualına cavabında yaşlı aktyorların maaşından kəsilən vəsait gənclərin əməkhaqqısına əlavə olunacağını qeyd edib.

“Həmin adamlar bu gün mənim ən yaxın həmkarlarım, dostlarımdır. Onların hər biri ilə 30 il çörək kəsmişik, bu gün də kəsirik. Bilirsiniz ki, dövlət başçımızın 65 yaş həddini keçmiş insanlar haqqında fərmanı var. Əgər aktyorun fəxri adı, statusu varsa, teatr rəhbəri bir il-bir il müqavilə bağlaya bilər.

Biz bunu etmişik. Həmin aktyorların 70-75 yaşı var, hər biri dövlət tərəfindən təqaüd alır. Evləri var, 1300 manat təqaüd alırlar, fəxri ada görə əlavə məbləğ ödənilir, maaşları da o cümlədən.

Tutalım, onlar yüz faiz maaş alırdılarsa, indi alacaqlar əlli faiz. Söhbət 140-145 manatın söhbətidir. Hamısı gəlib dedi ki, müəllim, elə bil, bizi şeytan yoldan çıxardı (gülür). Qənaət olan vəsait teatrın repertuarını çiyinlərində aparan gənclərin əməkhaqqısına 15-20 manat əlavə olunacaq. Çünki onların əksəriyyətinin nə evi, nə fəxr adı var, nə mükafat alırlar, nə təqaüd. Amma bu gün onlar teatrda 4-5 tamaşa oynayırlar.

Bununla demək istəmirəm ki, yaşlı nəsil oynamır, yox, onlar da səhnədədirlər, öz yerləri var. Bütün hallarda gənclərə dəstək olmalıyıq. Onların hər birinin maaşına 10-15 manat əlavə ediriksə, bunun özü köməkdir. Məsələnin məğzi budur”, - deyə o bildirib.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri