14 
Apr
2017
18:55
253
27
3408
Virtual karabakh

Böyük Britaniyanın Milli Arxivində Azərbaycan tarixi ilə bağlı 1200-dən çox sənəd aşkar edilib

14 Apr, 2017
18:55
3408

Böyük Britaniyanın Milli Arxivində Azərbaycan tarixi ilə bağlı 1200-dən çox sənəd aşkar edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclasında Böyük Britaniyanın Milli Arxivində saxlanılan Azərbaycan tarixinə dair sənədlərin Azərbaycana gətirilməsi ilə bağlı müzakirələr aparılıb

Tarix İnstitutundan Oxu.Az-a verilən məlumata görə, iclasda bu arxivin fondlarında araşdırma aparan institutun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Maksvellin məruzəsi dinlənilib.

Müəyyən olunub ki, 1914-1920-ci illər tarixini, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dönəmini araşdırmaq üçün Böyük Britaniyanın Milli Arxivində qiymətli sənədlər var.

Nigar Maksvell tarixçi-alimlərə məlumat verib ki, arxivin fondlarında Azərbaycan tarixi ilə bağlı 1200-dən çox sənəd aşkar edib. Elmi Şuranın iclasında bu sənədlərin gətirilməsi ilə bağlı müzakirə zamanı müvafiq qərar qəbul edilib. Elmi Şuranın qərarına əsasən, bu arxiv sənədlərinin İngiltərədən Azərbaycana gətirilməsi üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacaq.

İ.N

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri