17 
Apr
2017
08:35
7
177
3942
Virtual karabakh

Balaban ifaçısı Elxan Məmmədov dünyasını dəyişib

17 Apr, 2017
08:35
3942

Balaban ifaçısı Elxan Məmmədov dünyasını dəyişib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, balaban ifaçısı Elxan Məmmədov vəfat edib.

Oxu.Az Report-a istinadla xəbər verir ki, 67 yaşlı sənətkar uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.

Ötən gün səhər saatlarında dünyasını dəyişən balabançı doğulduğu Goranboy rayonunun Balakürd kəndində torpağa tapşırılıb.

Qədim musiqi alətinin mahir ifaçısı olan E.Məmmədov gənc yaşlarında Aşıq Şəmşir, Aşıq Murad Niyazlı, Aşıq Cahad və digər tanınmış saz ifaçılarını müşayiət edib. Azərbaycan Aşıqlar Birliyinin üzvü olan Elxan Məmmədovun adına İranda balaban məktəbi fəaliyyət göstərir. Musiqiçinin qonşu ölkədə yüzlərlə tələbəsi var.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri