20 
Apr
2017
20:55
362
29
3442
Virtual karabakh

Özbəkistanda Azərbaycanın Qarabağ geyimlərinin moda sərgisi keçirilib – FOTO

20 Apr, 2017
20:55
3442

Özbəkistanda Azərbaycanın Qarabağ geyimlərinin moda sərgisi keçirilib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbəkistan Rəssamlıq Akademiyasında keçirilən “Ənənəvi təsviri incəsənət festivalı”nda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin Qarabağ geyimlərini nümayiş etdirib.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Qarabağ geyimlərini Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri nümayiş etdiriblər.

“Qarabağ şikəstəsi”nin sədaları altında Özbək modelyer qızlar XVII-XIX əsrlərə aid Qarabağın bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağ xanlarının dövrünə aid zadəgan xanımların geyimlərini nümayiş etdiriblər.

Sərgidə nümayiş etdirilən Bakı Geyim Evi tərəfindən hazırlanmış və Mədəniyyət Mərkəzinin “Azərbaycan milli geyimləri” muzeyində daimi nümayiş etdirilən Qarabağ geyimləri iştirakçıların böyük marağına və alqışlarına səbəb olub.

Qeyd edək ki, sərgidə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblı Azərbaycan kəlağayılarını sərgiləyib, “Arşın mal-alan” əsərindən musiqili səhnəni təqdim ediblər.

İştirakçılara festival çərçivəsində Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, mədəni irs təqdim edilib, milli geyimlərin hər bir xalqın qədim tarixini, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri