May
2017
14:35
26
130
3472
Virtual karabakh

Tanınmış gitaraçı 70 illik yubileyinə həsr olunan konsertdə vəfat edib – VİDEO

3 May, 2017
14:35
3472

Tanınmış gitaraçı 70 illik yubileyinə həsr olunan konsertdə vəfat edib – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış gitaraçı, “Hampton Grease Band” rok qrupunun təsisçisi Bryus Hempton Atlantada 70 illik yubileyi şərəfinə keçirilən konsertdə ürəktutmadan vəfat edib.

Oxu.Az Report-a istinadla xəbər verir ki, musiqiçi “Fox Theater” səhnəsində özünü pis hiss edib. Ürəktutma musiqiçinin “Turn on Your Lovelight” mahnısını ifa etdiyi zaman baş verib.

Amma ürəktutmadan sonrakı bir neçə dəqiqə ərzində də B.Hempton səhnədə qalıb. Belə ki, onunla birgə səhnədə ifa edən musiqiçilər gitaraçının əvvəlcədən hazırladığı özəl gediş etdiyini düşünüb.

Qeyd edək ki, B.Hempton eksperimental sürrealist bəstələri ilə məşhurlaşıb. O, eksperimental rok janrında ifa edib və karyerası ərzində 20-dən çox val buraxıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri