May
2017
09:48
72
10
2730
Virtual karabakh

Kövkəb Səfərəliyevanın 110 illik yubileyinə həsr olunmuş konsert keçirilib – FOTO

5 May, 2017
09:48
2730

Kövkəb Səfərəliyevanın 110 illik yubileyinə həsr olunmuş konsert keçirilib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 3-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Xalq artisti, görkəmli pianoçu, professor, respublikanın ilk pianoçu-pedaqoqu Kövkəb Səfərəliyevanın 110 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş tutub.

Oxu.Az xəbər verir ki, konsertdə Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Bəstəkarlar İttifaqının katibi, professor, musiqişünas Zemfira Qafarova, Kövkəb Səfərəliyevanın qohumu Valid Səfərəliyev, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və tələbələr iştirak ediblər. 

Zemfira Qafarova çıxışında görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Bildirib ki, Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.

Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin ifasında T.Quliyev “Lirik mahnı”, F.Əmirov “1001 gecə” baletindən “Mərcanənin rəqsi”, M.Maqomayev “Azərbaycan”, F.Nağıyev “Xatırlayasan məni”, N.Baklanova “Mazurka”, K.Sen-Sans “Qu quşu”, P.Çaykovski “Payız mahnısı”, R.Şuman “Romans”, S.Raxmaninov “İtalyan polkası”, F.Şopenin “Polonez” əsərləri səsləndirilib.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri