10 
May
2017
18:45
114
49
2736
Virtual karabakh

“Əli və Nino” filminin San-Dieqoda premyerası keçirilib – FOTO

10 May, 2017
18:45
2736

“Əli və Nino” filminin San-Dieqoda premyerası keçirilib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan istehsalı olan “Əli və Nino” filminin ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində premyerası keçirilib.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, film San-Dieqonun tanınmış “Regal Cinema” kinoteatrında təqdim olunub.

Nümayişdən öncə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev “Əli və Nino” filmində tərənnüm edilən multikulturalizm və dinlərarası harmoniya prinsiplərinin tarix boyu olduğu kimi, bu gün də Azərbaycan üçün keçərli olduğunu və bu ənənələrin ölkədə həyat tərzi olaraq getdikcə daha da gücləndiyini diqqətə çatdırıb.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan kinematoqrafiyasının tarixi, eləcə də azərbaycanlı yazar tərəfindən yazılan və Vyanada 1937-ci ildə ilk dəfə nəşr olunan “Əli və Nino” əsəri barədə tamaşaçılara məlumat verərək, əsərin indiyədək 33 dilə tərcümə olunduğunu qeyd edib.

Sonra film nümayiş etdirilib. Tamaşaçılar filmin nümayişindən zəngin təəssürat və böyük rəğbət hissi ilə ayrılıblar.

Qeyd edək ki, Nəsimi rayonu ilə San-Dieqonun Svitzer Haylənd rayonu 2011-ci ildə qardaşlaşma münasibətləri qurublar.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri