27 
İyn
2017
21:25
282
31
4958
Virtual karabakh

Nəriman Nərimanovun ev muzeyi bərpa edilib

27 İyn, 2017
21:25
4958

Nəriman Nərimanovun ev muzeyi bərpa edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Gürcüstanda səfərdə olan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Tiflisdə SOCAR-ın dəstəyi ilə bərpa olunan görkəmli ictimai xadim və yazıçı Nəriman Nərimanovun ev muzeyinin açılışını həyata keçirib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, açılış mərasimində qırmızı lenti Rövnəq Abdullayev və Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze kəsib. Daha sonra muzeyə baxış keçirilib. Muzeyə baxış zamanı R. Abdullayev və M. Georqadzeyə N. Nərimanovun həyat və yaradıcılığı, fəaliyyəti barədə ətraflı məlumat verilib.

Rəsmi şəxslər və qonaqlar N. Nərimanovun ev muzeyində görkəmli yazıçı və ictimai xadimin həyat və fəaliyyətinə aid maraqlı eksponatlar, onun əlyazmaları, ona ünvanlanan məktublar, yazıçının kitabları, əsərlərinin fotoşəkilləri ilə tanış olublar

ARDNŞ prezidenti R. Abdullayev jurnalistlərə açıqlamasında Tiflisdə açılan muzeyin böyük əhəmiyyət kəsb etdiyini və gələcəkdə bu muzeyin xarici turistlərin, ziyalıların, Gürcüstanda yaşayan azərbaycanlıların ziyarət və görüş yerinə çevriləcəyini bildirib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Azərbaycanın Batumidəki konsulu Rəşad İsmayılov, Gürcüstanın barışıq və vətəndaş məsələləri üzrə dövlət nazirinin müşaviri Ayaz Məmmədov, Kvemo Kartli bölgə qubernatorunun müavini Zaur Darğallı və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, muzey işçiləri və Tiflis şəhər sakinləri iştirak ediblər.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri