“Park Cinema”da “Yaramaz mən 3” dublyajla təqdim olundu - FOTO
“Park Cinema”da “Yaramaz mən 3” dublyajla təqdim olundu - FOTO
Uşaqların və böyüklərin sevimli filmi “Yaramaz mən 3” (“Despicable Me 3”) Azərbaycan dilində dublyajla “Park Cinema Flame Towers”də media üçün təqdim olundu.
Oxu.Az xəbər verir ki, tədbirə dəvət olunan jurnalistlər, bloqerlər, məhşurlar və digər qonaqlar filmin öz dilimizdə olmasını müsbət qarşılayıb və bu cür addımların davamlı olmasını diləyiblər.
Qeyd edək ki, film Azərbaycanda “CinePro” şirkətində, Eldəniz Rəsulovun rejissorluğu ilə dublyaj olunub. Dmitriy Batıjev və Teymur Kərimovun səs rejissorları olduğu filmi Abbas Qəhrəmənov (Gru), Elman Rəfiyev (Dru), Hüsniyyə Mürvətova (Lucy), Ofeliya Novruzqızı (Valerie), Xələf Cavadov (Clive) və digərləri səsləndiriblər.
Media nümayişində qonaqlar əvvəlki serialardan fərqli olaraq, “Yaramaz mən”in 3-cü hissəsinin daha maraqlı və gülməli olduğunu qeyd ediblər.
Filmi 29 iyundan etibarən “Park Cinema” kinoteatrlar şəbəkəsində izləyə bilərsiniz.
A.S.
www.oxu.az