29 
İyn
2017
17:40
307
29
2566
Virtual karabakh

Əməkdar artist Elçin Həmidovun anadan olmasından 59 il ötür

29 İyn, 2017
17:40
2566

Əməkdar artist Elçin Həmidovun anadan olmasından 59 il ötür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həmidov Elçin Qəzənfər oğlu 1958-ci ilin 29 iyununda Bakıda anadan olub.

Körpə yaşlarından əvvəlcə atasını, sonra isə anasını itirən Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürür. Amma gələcəyin istedadlı aktyorunu hələ qarşıda daha böyük çətinliklər gözləyir. Əmisinin evində də əziyyətli günlər keçirən, valideynlərinin itkisindən özünə gəlməyə macal tapmayan Elçinin əvvəlcə bacısı, sonra isə qardaşları vəfat edir.

Oxu.Az xəbər verir ki, E.Həmidov 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti vəzifəsində çalışıb. 1977-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsinə daxil olub, 1981-ci ildə həmin fakültəni bitirib.

1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib. “Boşanaq, evlənərik”də İkram, “Qızıl gül”də Azay, “Beş manatlıq gəlin”də Nadir, “Subaylarınızdan görəsiniz”də Mayıl, “Səhnədə məhəbbət”də ofisiant, “Talelər qovuşanda”da Totuş, “Ər və arvad”da Kəblə Qubad və digər rolları ilə tamaşaçıların rəğbətini qazana bilib.

Bariton və soprano səsə malik Elçin Həmidov hər cür janrda ifa və tanınmış sənətçiləri parodiya etməyi ustalıqla bacarırdı.

İstedadlı aktyor həmçinin “Planet Parni iz Baku” KVN teatrının əsas simalarından biri idi. O, bu teatrda yaddaqalan obrazlar yaradıb. O cümlədən, “Məhəllə - 1” və “Məhəllə - 2” filmlərində canlandırdığı Məzi obrazı komik olmaqla bərabər, həm də düşündürücüdür. Bundan başqa, Elçin Həmidov televiziya verilişlərində də aparıcılıq edib. Onun “Tez bazar”, eləcə də, mətbəx verilişləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Onun son yaratdığı obraz Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” komediyasında Yaiçnitsa obrazı olub. 23 fevral tarixində Elçin Həmidovun ilk və son premyerası baş tutub.

Aktyor 2011-ci il 4 martda 52 yaşında qəflətən dünyasını dəyişib (o, hipertoniyadan əziyyət çəkirdi). Həmin vaxt teatrda “Hərənin öz ulduzu” tamaşasının orkestrlə məşqi olub. Elçinin işə gəlmədiyini görən dostları onun evinə yollanıb. Fövqaladə Hallar Nazirliyinin işçilərinin köməyilə qapı açılıb və içəridə aktyorun nəşi ilə qarşılaşıblar.

Əməkdar artist E.Həmidov 5 martda Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

Aktyor heç vaxt ailə həyatı qurmayıb.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri