30 
İyn
2017
11:31
81
20
2924
Virtual karabakh

Xalq artisti Türkiyədə əməliyyat olundu

30 İyn, 2017
11:31
2924

Xalq artisti Türkiyədə əməliyyat olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov Türkiyədə əməliyyat olunub.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, növbəti əməliyyat aktyorun bağırsağında aparılıb.

“Özümü son vaxtlar pis hiss edirdim. Bakıda bir müddət xəstəxanada yatdım. Bu, onkoloji problemlə bağlı deyildi. Məsləhət oldu ki, növbəti dəfə Türkiyədə müayinədən keçim. Burada həkimlər əməliyyatı vacib hesab etdilər”, - deyə R.Hüseynov bildirib.

R.Hüseynov əlavə edib ki, hazırda səhhəti normal qiymətləndirilir: “Hələlik xəstəxanadayam. Əməliyyatdan yeni çıxmışam. Həkimlər yenə müayinə edəcəklər, hər şey yaxşı olsa və icazə versələr, bazar günü Bakıya qayıdacağam”.

Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, Türkiyədə əməliyyat olunub.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri