30 
İyn
2017
16:39
162
20
2492
Virtual karabakh

Rusiya türkiyəli rejissoru mükafatlandırdı

30 İyn, 2017
16:39
2492

Rusiya türkiyəli rejissoru mükafatlandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli rejissor Fikrət Reyhan “Sarı Sıcak” adlı filminə görə 39-cu Beynəlxalq Moskva Film Festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.

Oxu.Az bu barədə Türkiyə KİV-nə istinadla xəbər verir.

“Bizim üçün də təəccüblü oldu. İstanbul Film Festivalından sonra bu mükafatı almaq məni çox xoşbəxt etdi”, - deyə rejissor bildirib.

F.Reyhanın ekranlaşdırdığı “Sarı Sıcak” filmi 36-cı İstanbul Film Festivalında 4 mükafat birdən qazanmışdı.

39-cu Beynəlxalq Moskva Film Festivalında “Ən yaxşı film” mükafatını Çin istehsalı olan “Tepeli Aynak”, münsiflər heyətinin xüsusi mükafatı isə Rusiya istehsalı olan “Dibsiz çanta” filminə verilib.

Aytən Sadıqzadə
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri