İyl
2017
11:11
99
12
2298
Virtual karabakh

Xalq artisti əməliyyatdan sonra vətənə qayıtdı

4 İyl, 2017
11:11
2298

Xalq artisti əməliyyatdan sonra vətənə qayıtdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov Türkiyədə əməliyyat olunaraq Bakıya qayıdıb.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, bağırsağında aparılan növbəti əməliyyatdan sonra özünü normal hiss edir.

“Bakıda bir müddət xəstəxanada müalicə alandan sonra müayinə üçün Türkiyəyə getməyi məsləhət gördülər. İstanbulda müayinədən keçdim. Həkimlər əməliyyat olunmağımı vacib bildilər. Bakıya qayıtmışam, müalicələr, müayinələr mütəmadi davam etdirilməlidir. Həkim nəzarətində olmağım vacibdir ki, digər fəsadlar çıxmasın”, - deyə o bildirib.

Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri