İyl
2017
15:58
10
81
3806
Virtual karabakh

Reanimasiyada olan Xalq artistinin həkimindən açıqlama

5 İyl, 2017
15:58
3806

Reanimasiyada olan Xalq artistinin həkimindən açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Xalq artisti Böyükxanım Əliyeva hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Xəstənin son vəziyyəti barəsində həkim-reanimatoloq Təranə Rüstəmova Oxu.Az-a müsahibə verib.

“Vəziyyətində nisbi stabilləşmə yaranıb, təkrar qanaxma müşahidə olunmayıb. O, dünən səhər saatlarında xəstəxanaya ağır vəziyyətdə çatdırılıb. Onikibarmaq bağırsağında yara var. Əgər yarada yenidən kəskin qanaxma müşahidə olunarsa, ona cərrahi müdaxilə olunacaq. Hazırda isə buna ehtiyac yoxdur. Amma hemoqlobinin miqdarı çox aşağıdır. Müalicəsi davam etdirilir”, -deyə həkim bildirib.

Böyükxanım Əliyevanın kürəkəni, Dövlət Kukla Teatrının baş rejissoru, Əməkdar artist Qurban Məsimov qayınanasının səhhəti ilə bağlı Oxu.Az-a bunları açıqlayıb: “Hazırda reanimasiya şöbəsindədir. Bir neçə dəfə qan vurulsa da, mənfi rezuslu üçüncü qrup qana hələ də ehtiyac var”.

Q.Məsimov “Xalq artistimizin barəsində bu xəbəri eşidən sadə insanlar, pərəstişkarlar arasında xəstəxanaya müraciət edərək, ona donorluq etmək istəyənlər varmı?” sualına belə cavab verib: “Bəli, müraciət edənlər olub. Xəstəxanada da qan var idi, vurulub, ehtiyac olduqca donorlar yardım edirlər, sağ olsunlar”.

Aytən Sadıqzadə
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri