İyl
2017
11:13
91
6
1718
Virtual karabakh

“Nar bağı” Avrasiya Beynəlxalq Film Festivalında

6 İyl, 2017
11:13
1718

“Nar bağı” Avrasiya Beynəlxalq Film Festivalında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlqar Nəcəfin “Nar bağı” bədii filmi Qazaxıstanın 13-cü Avrasiya Beynəlxalq Film Festivalına dəvət alıb. “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan yeni ekran əsəri festivalın əsas müsabiqə proqramında yer alıb. Festival 22-28 iyul tarixlərində Astanada keçiriləcək.

Kinostudiyadan Oxu.Az-a verilən xəbərə görə, “Nar bağı” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri