İyl
2017
13:17
150
35
2890
Virtual karabakh

Azərbaycanlı aktyor İran filmində

6 İyl, 2017
13:17
2890

Azərbaycanlı aktyor İran filmində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktyoru, tamaşaçıların Xalq yazıçısı Elçinin məşhur heakyələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasından baş rolun ifaçısı kimi tanınan, 2017-ci ildə Gənclər və İdman Nazirliyinin “İlin aktyoru” mükafatına layiq görülən Əmrah Dadaşov İran İslam Respublikasında filmə çəkilmək üçün dəvət olunub.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib.

İranın “Günəşfilm” Studiyasında istehsal olunacaq şərti adı “Sərhəd” olan (“Arpa çayı – ayrılıq nəğməsi”) tammmetrajlı bədii filmində Ə. Dadaşov baş rolu – Aydın obrazını canlandıracaq. Filmin quruluşçu rejissoru və ssenari müəllifi İran İslam Respublikasının tanınmış sənətşilərindən biri olan Ali Abdalidir.

Artıq filmin çəkilişlərinə start verilib. Əmrah Dadaşov çəkilişlərdə iştirak etmək üçün qonşu ölkəyə yola düşüb.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri