11 
İyl
2017
09:52
139
18
1705
Virtual karabakh

Pianoçumuz beynəlxalq müsabiqədə ikinci oldu

11 İyl, 2017
09:52
1705

Pianoçumuz beynəlxalq müsabiqədə ikinci oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Musiqili Teatrının əməkdaşı Firuzə Nəcəfli Parisdə keçirilən “İnternational Folklore Competition” müsabiqəsində 2-ci yerə layiq görülüb.

Teatrın mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, F.Nəcəfli müsabiqədə Robert Şumanın 8 nömrəli “Noveletta” f-mol əsərini ifa edib.

Bakıda anadan olan Firuzə Nəcəfli 2006-cı ildə Rafiq Babayev adına uşaq musiqi məktəbini fərqlənmə ilə bitirib. Həmin il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən məktəb-studiyaya qəbul olunub və 2009-cu ildə oranı əla qiymətlərlə başa vurub. 2013-cü ildə Bakı Musiqi Akademiyasının “Fortepiano” fakültəsini, 2015-ci ildə isə həmin fakültənin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Bir sıra konsertlərdə, tədbirlərdə, müsabiqələrdə, festivallarda, konfranslarda uğurla iştirak edib. Ferens List adına beynəlxalq festivalda diploma layiq görülüb. 

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri