11 
İyl
2017
10:42
290
17
9725
Virtual karabakh

Ermənilər üzr istədilər: Azərbaycanın üçqat qələbəsi – FOTO

11 İyl, 2017
10:42
9725

Ermənilər üzr istədilər: Azərbaycanın üçqat qələbəsi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Batumidə uşaqlar və yeniyetmələr arasında keçirilən “Qızıl ulduz-2017” beynəlxalq müsabiqəsinin qala-konsertində erməni nümayəndə heyəti Azərbaycandan gələn iştirakçıları təxribata çəkmək istəyib. 

Azərbaycan Gənclər İttifaqının sədri, Azərbaycan Rəqs Assosiasiyasının prezidenti Əziz Əzizovun Oxu.Az-a verdiyi məlumata görə, ermənilər guya 1905-ci ildə Şuşada həyata keçirilən “erməni soyqırımı”na aid şeir səsləndiriblər: “Mən və assosiasiyanın vitse-prezidenti Ülviyyə Həsənova qətiyyətlə etirazımızı bildirdik və müsabiqənin təşkilatçılarından Ermənistan nümayəndə heyətindən hər kəsin qarşısında üzr istəmələrini tələb etdik. Uzun müddət davam edən mübahisələr və bizim ciddi xəbərdarlığımızdan sonra bu şeir proqramdan çıxarıldı. Erməni tərəfinə xəbərdarlıq edildi, onların iştirakçılarını nominasiya və Qran-Pri almaq hüququndan məhrum etdilər. Erməni heyəti və təşkilatçılar kütlə qarşısında Azərbaycandan üzr istədilər. Biz həm də iştirakçılarımızın valideyn komitəsinə və müəllim Zaur Qasımova Azərbaycan nümayəndə heyətini dəstəklədikləri üçün, vətənə sevgiləri üçün təşəkkür edirik. Lazımi məqamda onlar təkcə yanımızda deyildilər, eyni zamanda, dayaq və arxamız oldular”.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti üç nominasiyada birinci yerin qalibi olub; estrada rəqsində “Jam SS” məktəbi, solo-milli rəqs nominasiyasında “Buta dance studio”, ansambl-milli rəqs nominasiyasında “Buta dance studio”.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri